İnterin müdafiəçisi Almaniya yığmasına qarşı oynadı
30 mart 2015 00:55
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, "İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin komandası - Gürcüstan yığması doğma meydanda Almaniya ilə qarşılaşıb.
Matç almanların 2:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan paytaxt klubunun üzvü cəmi 4 dəqiqə sonra əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Gürcüstan yığmasını "İnter"in baş məşqçisi Kaxaber Sxadadze çalışdırır. Amma onun ilk rəsmi oyunu uğursuz alınıb. Gürcülər hazırda 3 xalla qrupunda 5-ci pillədə qərarlaşıb.