İnterin müdafiəçisi mövsümün qalan hissəsini buraxa bilər
30 mart 2015 13:00
"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvili mövsümün qalan hissəsini buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ötən axşam baş tutmuş Gürcüstan - Almaniya matçında ağır zədə almasıdır.
Belə ki, oyun başlayandan cəmi 4 dəqiqə sonra zədələnən gürcü futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı. İstisna edilmir ki, o, bu mövsüm bir daha meydana çıxmasın.