Georgi Çixradze: AZAL-la oyun bizim üçün çox vacibdir
31 mart 2015 15:45
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Adi qaydada hazırlaşırıq. Komandamız bu görüşə hazırdır. AZAL-la oyun bizim üçün çox vacibdir. İtkisiz hazırlaşmışıq. Xoşbəxtlikdən heç bir cəzalı və zədəli futbolçumuz yoxdur".