İlqar Qurbanov: Bizi İnterlə çətin oyun gözlədiyinə əminəm
31 mart 2015 16:45
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözlədiyinə əminəm. "İnter" çox yaxşı komandadır. Onlar bunu həm ölkə kubokunda, həm də çempionatdakı çıxışı ilə sübut ediblər. Əla futbol sərgiləyirlər. Amma biz hər oyunda sonadək mübarizə aparırıq. Bu dəfə də belə olacaq. Düşünmürəm ki, yığmadan qayıdan futbolçularımızda yorğunluq olsun və bu, komandamızın çıxışına təsir etsin".