Cem Fələk Aberdinə qələbə qazanmaqda kömək etdi
31 mart 2015 17:00
Şotlandiyada klubların 21 yaşadək futbolçulardan ibarət komandaları arasında təşkil olunan çempionatda 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin çıxış etdiyi "Aberdin" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Falkirk"lə qarşılaşıb. Matç "Aberdin"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fələk matçın 62-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana çıxıb.
Qeyd edək ki, hazırda "Aberdin" 67 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.