Çingiz Abdullayev: Neftçinin daha böyük uğurlarının olmasını istəyirik
31 mart 2015 18:20
"Neftçi"nin Müşahidə Şurasının sədri təyin olunan yazıçı Çingiz Abdullayev bu təyinatla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Son iki gündə mənim haqda çox yazılır. Heç kitablarım barədə bu qədər yazılmamışdı. Futbolu uşaqlıqdan sevirəm. Təklif elan olunan kimi dərhal razılaşdım. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatını necə qazandığını yaxşı xatırlayıram. Ondan sonra xüsusi uğur yoxdur. Biz "Neftçi"nin daha böyük uğurlar qazanmasını istəyirik. Yerlibazlığın əleyhinəyəm. Amma bakılılar "Neftçi"yə kömək etməlidirlər".