Çingiz Abdullayev: Xahiş etdim ki, Olimpiya stadionu Neftçiyə verilsin
31 mart 2015 18:40
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, Olimpiya stadionunun paytaxt klubuna verilməsini istəyib:
"Olimpiya stadionunun "Neftçi"yə verilməsini xahiş etdim. Amma mənə dedilər ki, "öncə "Bakcell Arena"nı doldur, sonrasını düşünərik".