Azərbaycanlı hakim AÇ-nin elit mərhələ oyununda 4 qırmızı vərəqə göstərdi
1 aprel 2015 00:20
19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in elit mərhələsi çərçivəsində 2-ci qrupun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı hakim Əliyar Ağayev bu qrupun İrlandiya - Slovakiya oyununu idarə edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Ağayev bu oyunda kifayət qədər sərt idarəçiliyi ilə diqqət çəkib. O, 11 sarı, 4 qırmızı vərəqəyə əl atıb. 3 sarı, 1 qırmızı vərəqə irlandiyalılara qismət olub. 8 sarı, 3 qırmızı vərəqə isə slovakiyalıların payına düşüb.