Rasim Ramaldanov: Qəbələ ilə oyuna qələbə üçün çıxacağıq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- 7-ci yerin "Xəzər Lənkəran"ı sevindirməsi inandırıcı görünmür. Bu mövsümün sizin üçün boşuna getdiyini demək olar?
- Doğrudan da çox pis vəziyyətdəyik. Komandada gəncləşdirmə siyasəti aparıldı. Əvəzində bir neçə perspektivli futbolçu üzə çıxdı. Ona görə də bu mövsümün bizim üçün hədər getdiyini deyə bilmərəm. Allah eləsin ki, növbəti mövsümlərdə bunun faydasını da görək.
- Komandanın mükafatçılar sırasından kənarda qalmasını görmək çətin deyil?
- Çox çətindir. Amma XL növbəti mövsümdən tam fərqli komanda olacaq.
- Siz komandada qalacaqsınız?
- Hər şey ola bilər.
- Başqa klublardan təkliflər var?
- Bəzi klubların maraqlandığını eşitmişəm. Amma konkret heç nə yoxdur.
- "Xəzər Lənkəran"ın heyətini gücləndirməsinin faydalı olacağına inanırsınız?
- Əsas odur ki, komandaya güclü futbolçular dəvət olunsun. Onların komandaya faydası dəyər.
- "Qəbələ" ilə oyundan nə gözləyirsiniz?
- "Qəbələ" çox yaxşı formadadır. Səhv etmirəmsə, ardıcıl 7 oyundur qalib gəlirlər. Ona görə də bizə çətin olacaq. Amma hazırlıq üçün vaxtımız var. Meydana qələbə üçün çıxacağıq.