Fotoreportaj|Video|На русском

Futbol

Neftçi Qarabağa, AZAL İnterə, Simurq Sumqayıta, XL Qəbələyə uduzdu

25 aprel 2015 20:52

Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun matçları eyni gündə baş tutub.

Son dövrlər uğurlu çıxışı ilə diqqət çəkən, ardıcıl 7 qələbəyə sevinən “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb. Roman Qriqorçukun komandası bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. Son dövrlər kubok oyunları da daxil olmaqla "Qarabağ"la üç görüşə çıxan "Simurq" nəhayət ki, bu gün fərqli rəqiblə qarşılaşmalı olub. Zaqatala klubu səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib və məğlubiyyətlə üzləşib. Liderin əsas izləyici "İnter" paytaxt derbisində AZAL-ı qəbul edib və iki cavabsız qolla qələbə qazanıb. Turun mərkəzi oyunu isə bütün çempionatların iştirakçısı olan, ilk “üçlük”də qərarlaşan “Neftçi” və “Qarabağ” arasında keçirilib. 5 qolun vurulduğu oyunda qələbəni Ağdam klubu bayram edib.

Topaz Premyer Liqası
31-ci tur

25 aprel (şənbə)

“Xəzər Lənkəran” - “Qəbələ” - 0:1 (0:0)
Qol: C.Hüseynov, 48 (0:1).
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1.
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov (k), 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 26. Pavol Farkaş, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.

“Sumqayıt” - “Simurq” - 1:0 (0:0)
Qol: P.F.Azad, 49 (1:0).
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
“Simurq”: 35. Amil Ağacanov, 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov (k), 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 10. Rəşad Eyubov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 88. Marko Stanoyeviç.
Baş məşqçi: Georgi Çixradze.

“İnter” - AZAL - 2:0 (0:0)
Qollar: A.Daşdəmirov, 59 (1:0). A.Daşdəmirov, 75 (2:0).
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov.
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 19. Sezar Meza Kolli, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL: 16. Stanislav Namaşko, 5. Kərim Diniyev, 15. Oskar Klava, 13. Şəhriyar Rəhimov, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 8. Seymur Əsədov, 10. Nicat Qurbanov, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 4. Laşa Kasradze, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 33. Kamal Mirzəyev.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qarabağ” - “Neftçi” - 3:2 (2:1)
Qollar: M.Muarem, 15 (1:0). C.Tağıyev, 29 (2:0). A.Abdullayev, 32 (2:1). N.Kanales, 59 (2:2). L.Corc, 69 (3:2).
Qırmızı vərəqə: K.Kardoso, 75.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
Bakı. “Bakcell Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

Bombardirlər:
13
- Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
10 - Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
9 - Reynaldo Silva ("Qarabağ"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter").
7 - Rəşad Eyubov ("Simurq").

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah