Rəşad Sadıqov: Qarabağ qədər Neftçi də mənim üçün doğmadır
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Məncə, hər kəs oyundan razı qaldı. Gözəl oyun idi. Nəticə də ən azı bizim üçün gözəl alındı.
- Hər iki komanda yorğun olsa da, kifayət qədər baxımlı futbol sərgilədi...
- Biz çox yorğun idik. Allaha şükür ki, "Neftçi" hesabı bərabərləşdirdikdən sonra daha bir qol vurmağı bacardıq.
- Yəni bu qələbəni xaraktet nümayiş etdirməklə qazandınız?
- Hər iki komanda xarakter nümayiş etdirdi. Sadəcə, "Neftçi"nin futbolçusu qırmızı vərəqə aldıqdan sonra bizim üçün daha asan oldu.
- Hakimlikdən razı qaldınız?
- Şəxsən mənim heç bir iradım yoxdur.
- Amma Muarem Muaremdən nəyəsə görə narazı idiniz...
- Bu, futboldur, meydanda olanda bəzən nələrisə demək məcburiyyətində qalırsan.
- Oyundan sonra sizi "Neftçi"nin azarkeşləri səsləyirdi...
- Hamı bilir ki, "Neftçi" mənim qəlbimdə üçün xüsusi yer tutur. Bu komanda mənim üçün "Qarabağ" qədər doğmadır. Hər iki komandanın fanatlarını sevirəm.
- "Qarabağ"ın çempionluğa daha da yaxınlaşdığını demək olar?
- Hələ çempionluğa çox var. Bizi qarşıda kifayət qədər çətin iki səfər oyunu gözləyir. Arxayınlaşmaq olmaz.
- Qəbələ səfərinin daha çətin olacağını demək olar?
- Bəli, onlar əla oyun sərgiləyirlər. Növbəti mövsümdə onların daha iddialı olacağını düşünürəm.