Dmitri Nazarov oynadı, klubu qələbəyə sevindi
26 aprel 2015 00:20
Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Qroyter Fyurt" klubu ilə qarşılaşıb. Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Nazarov qarşılaşmanın 84-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla 3-cü pillədə qərarlaşıb.