Balayev oynamadı, Ayntraxt uduzdu
26 aprel 2015 00:40
Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu səfərdə Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Matç "Ayntraxt"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ənənəvi olaraq, Emilin adı yenə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 36 xalla 11-ci pillədə qərarlaşıb.