Cavid Tağıyev: Şadam ki, son dövrlər keçirdiyimiz çətin oyunlardan uğurla ayrılmağa nail olduq
26 aprel 2015 12:30
"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (3:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun oldu. Amma belə olacağını bilirdik. Son dövrlər ardıcıl çətin oyunlar keçiririk. Şadam ki, bu oyunlardan uğurla ayrılmağı bacardıq. "Neftçi" yaxşı komandadır. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Onlar bizimlə oyunlara həmişə yaxşı hazırlaşırlar. Mümkündür ki, hesabda öndə olarkən müdafiəyə daha çox diqqət yetirirdik Amma əksər öndə olan komandalar ikinci hissədə müdafiə futboluna üstünlük verirlər. Əsas odur ki, lazım olan nəticəni qazana bildik".