Fotoreportaj|Video|На русском

Futbol

Simurq oyunçuların etiraz aksiyası ilə bağlı mövqeyini açıqladı

2 may 2015 00:05

"Simurq"un futbolçuları Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "İnter"lə ev oyununda start fitindən sonra bir dəqiqəlik meydanda oturaraq son hadisələrə etirazını bildirib. Azerisport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə bu hadisəyə münasibətini açıqlayıb:

"Oyundan bir gün öncə klub rəhbərliyi iclas keçirərək, son hadisələr haqqında onları məlumatlandırıb və bildirilib ki, hazırda son üç ay üçün olan əmək haqlarını verməyə komandanın maliyyə durumu yetərli deyil. Maliyyələşmə olsa, müqavilənin son gününə qədər olan bütün borclar ödəniləcək. Əgər bu vəziyyətdə kim sona qədər oynamaq istəmirsə, çıxıb evinə gedə bilər. Buna görə klub tərəfindən heç bir etiraz olmayacaq. Kimlər qalacaqsa, onlarla mövsümün axırına qədər davam yola edəcəyik. Hər bir kəsə son üç ayda olan problemlərə baxmayaraq, işə peşəkarlıqla yanaşdıqlarına görə təşəkkür edilib.

"İnter"lə qarşılaşmada baş verən hadisə isə futbolçuların Zaqatalada futbolun yaşaması üçün göstərdikləri etiraz idi. Bununla klub olaraq Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, bu regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. "Simurq" Peşəkar İdman Klubu olaraq futbolçularımıza, işçilərimizə və məşqçi heyətinə hər şeyə görə çox sağ olun deyirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə təşəkkür edirik. İdman mediasına da minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər.

Qeyd edək ki, hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən "Simurq"un yaşaması üçün lazımı şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirib. Cənab Məmmədov bildirib ki, futbol qrumu olaraq "Simurq"un yaşaması üçün lazımı dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək.

İnanırıq ki, bu söz olaraq qalmayacaq və "Simurq" növbəti mövsümdə də yaşayacaq, Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olaraq çempionatın ən iddialı komandası olacaq, azarkeşlərinə qələbələrlə bol anlar yaşatmaqda davam edəcək".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah