Rəşad Sadıqov: Penalti epizodu barədə danışmaq istəmirəm
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyunla bağlı təəssüratlarınız necədir?
- Çətin oyun alındı. Bunun belə olacağını öncədən də bilirdik. Son dəqiqələrə qədər hesab bizi qane edirdi. Amma sonda qol buraxdıq və qələbəni əldən verdik.
- Hiss edirdiniz ki, bu oyunda qol buraxaqsınız?
- Düzünü deyim ki, yox. Amma bu, futboldur. Belə hallar qaçılmazdır.
- Penalti var idi?
- Bu barədə danışmaq istəmirəm. Bunu unudub növbəti oyunlara hazırlaşmaq lazımdır.
- Qələbə qazanmağınıza nə mane oldu?
- Qol vurandan sonra müdafiə barədə daha çox düşünməyə başladıq. Rəqibi əks-hücumlarda tutmağa çalışırdıq. Amma alınmadı. Belə oyunlarda ikinci qolu vurmaq vacibdir ki, rəqib artıq heç nə edə bilməsin. Alınmayanda isə rəqib daha təhlükəli oynamağa başlayır. Xüsusilə, standart vəziyyətlər daha təhlükəli alınırdı.
- Düşünmürsünüz ki, "Qarabağ"ın xal fərqində öndə olması arxayınlıq yaradıb?
- Bizim elə də böyük üstünlüyümüz yoxdur ki, arxayınlaşaq. Bizim hələ "İnter"lə də öz aramızda oyun var. Özü də rəqibun əlavə bir oyunu olacaq.
- "Qarabağ"ın "Qəbələ" ilə oyunları niyə çətin alınır?
- Xüsusi heç nə baş vermir. Bu, futboldur. Elə rəqiblər var ki, onları asanlıqla məğlub etmək olmur. Ötən mövsüm "Simurq"la oyunlarımız çox çətin alınırdı, bu mövsüm də "Qəbələ" ilə. Həm də Roman Qriqorçuk ağıllı məşqçidir, rəqibləri yaxşı analiz edir.