Rüfət Dadaşov oynamadı, klubu qalib gəldi
4 may 2015 00:55
Almaniyanın cənub-qərb regional liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hessen Kassel"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət bu oyunun iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, "Saarbryuken" 63 xalla 2-ci pillədə qərarlaşıb.