Şahin Diniyev: Coşqun maaş almasa da, İnterdə qalıb, pulsuz oynayacaq
4 may 2015 13:45
AFFA-nın Müşahidə Şurasının üzvü Şahin Diniyev oğlu Coşqunun "İnter"dəki aqibəti ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk növbədə onu istərdim ki, Coşqunla bağlı transfer xəbərləri yayılmasın. Çünki bu, onun ziyanına olacaq. Onu da qeyd etməliyəm ki, oğlum Azərbaycanda qalsa, futbolçu kimi yetişdiyi "İnter"də çıxış edəcək. Coşqun yalnız bir halda başqa kluba keçə bilər ki, "İnter" olmasın. İstərdim ki, karyerasını xaricdə davam etdirsin. Lakin konkret təklif yoxdur. Buna görə də o, indiki klubu barədə düşünməlidir. Çünki "İnter" heç də yaxşı günlərini yaşamır. Hətta maaşları verilməsə də, o, bu klubda qalacaq və pulsuz oynayacaq. O, doğma klubundan üz çevirməyəcək".