Sadio Tounkara dörd aylıq sıradan çıxdı
4 may 2015 14:15
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, 32-ci tur çərçivəsində "Bakı"ya qarşı keçirilmiş oyunda ağır zədə alıb.
23 yaşlı malili futbolçunun diz bağlarında zədə aşkarlanıb. Bu həftə onu Türkiyədə əməliyyat gözləyir. İlk diaqnozlara görə, Tounkara dörd ay futbol oynaya bilməyəcək.