İnqilab Məmmədova Avropa Oyunlarına təyinat aldı
4 may 2015 16:45
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov Bakı-2015 Birinci Avropa Oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, Bakı-2015 I Avropa Oyunlarına digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.
A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.