Rikardinyo: Qarabağa qalib gələ bilərdik
4 may 2015 19:00
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan çempionatının liderinə qarşı çox çətin oyun keçirdik. Qələbə qazana bilmədik. Halbuki, buna tam nail olmaq şansımız var idi. Əsas odur ki, uduzmadıq. Qarşıda bizi "Sumqayıt"la oyun gözləyir. "Qarabağ"la heç-heçəni unutdurmaq üçün qarşıdakı oyunda qələbə qazanmağa borcluyuq".