Mikel Alvaro: İnterdə qalmaq istəyirəm, amma klubu gələcəkdə nə gözlədiyini heç kim bilmir
"İnter"in yarımmüdafiəçisi Mikel Alvaronun azerisport.az saytına müsahibəsi
- "İnter" "Qarabağ"ın çempion olmasına niyə mane ola bilmədi?
- Onlar çox güclüdürlər, yaxşı mövsüm keçirdilər. Biz "Qarabağ"dan zəif oynamadıq. Sadəcə, bəzi oyunlarda xallar itirdik. Belə xallar itirəndə isə çempion olmaq çox çətin olur.
- Bu, əsas səbəbdir?
- Bəli. Heç nədən xallar itirdiyimiz oyunlar çox oldu.
- Bəs maliyyə problemləri?
- Düşünmürəm ki, bunun təsiri olsun. Oyuna çıxanda pul barədə düşünmürsən. Buna tam əminəm. Hamı oyun haqda düşünürdü.
- Komandada qalacaqsınız?
- "İnter"də xoşbəxtəm. Amma sabah komandanın hansı aqibətlə üzləşəcəyini heç kim bilmir. İstərdim ki, burada qalım. Lakin hər şeyə mən qərar vermiəm.
- Komandanın iddiası sizi qane edir?
- Bəli, biz iki mövsümdür yüksək yerlər uğrunda mübarizə aparırıq, avrokuboklara vəsiqə qazanırıq.
- Başqa təkliflər var?
- Bəli, müxtəlif ölkələrdən. Amma hələ heç bir qərar verməmişəm. Hər şeyi nəzərə almaq lazımdır.
- Bəlkə bu qeyri-müəyyənlik baş məşqçi amili ilə bağlıdır?
- Müəyyən mənada hə. Digər baş məşqçi ilə hər il medallara ümid etmək çətin olacaq. Mənə elə gəlir.
- "Qarabağ"la oyun sizin üçün nəsə əhəmiyyət kəsb edir?
- Sıradan bir oyundur. Meydana qələbə üçün çıxacağıq. Başa düşürük ki, rəqib güclü komandadır. Amma üç xal qazanmağa çalışacağıq.