Rəşad Sadıqov: Növbəti mövsümdə də çempion olmaq istərdim
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Komandanız çempionluq kubokunu alandan sonra niyə meydanı hamıdan tez tərk etdiniz?
- Səbəb xəstəliyim idi. Bir az soyuqlamışam. Həm də zədəli idim. 3-4 gün idi məşq etmirdim.
- Ardıcıl ikinci çempionluqla bağlı nə deyə bilərsiniz?
- "Neftçi" ilə iki dəfə ardıcıl çempionluq yaşamışdım. Çox yaxşı təəssüratdır. Allah eləsin ki, növbəti mövsüm də çempion olaq.
- "İnter"lə oyuna arxayın çıxmışdınız?
- Qarşıda bizi kubokun finalı gözləyir. Ona görə də arxayınlaşmağa heç bir əsasımız yoxdur. Hardasa aqressiv idik. Bu da uşaqların ciddiliyindən xəbər verir. 60 dəqiqə yaxşı oynadıq. Sonradan isə yorğunluq öz sözünü dedi.
- Coşqun Diniyevlə Elvin Məmmədov artıq "Qarabağ"a keçib. Siz bu transferlərlə bağlı nə deyə bilərsiniz?
- Bunu baş məşqçi daha yaxşı bilər.
- Bu oyunçulara hansısa simpatiyanız var?
- Şəxsən mənim hə. Ümumiyyətlə, "İnter"də bir neçə futbolçu var ki, çox yaxşı futbol sərgiləyirlər. Fikrimcə, Coşqunla Elvin bizə faydalı olacaq.