U-19 Liqasının qalibləri öz mükafatlarını aldılar
26 may 2015 17:15
Bu gün AFFA-nın inzibati binasında U-19 Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Qara Qarayev təqdim ediblər.
Xatırladaq ki, U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi “Rəvan” komandası olub. “Simurq” ikinci, “Qəbələ” üçüncü yeri tutub.