Simurq Lənkərana getməyə pul tapdı
26 may 2015 18:15
"Simurq"un maliyyə problemlərinə görə, Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Xəzər Lənkəran"la səfər oyununa getmək istəmədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Zaqatala klubu bu problemi yoluna qoyub.
Öz avtobuslarının kredit borcunu ödəyə bilmədiyi üçün onlardan məhrum olan klub rəhbərliyi başqa avtobus kirayələyib. Əsas komanda kimi, əvəzedici heyət də səfərə yollana biləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran"la "Simurq"un əsas komandaları mayın 28-də, əvəzedici heyətlər isə ondan bir gün öncə qarşılaşacaq.