Subotiç Neftçiyə keçəcəyini təkzib etdi
26 may 2015 18:30
"Qəbələ"nin sabiq hücumçusu, hazırda Küveytin "Əl-Kadisiya" klubunda çıxış edən Daniel Subotiç "Neftçi"yə gələcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"? Azərbaycandan mənə heç kim zəng etməyib. Düzdür, ora qayıtmağı istərdim. Amma təklif yoxdur. Ona görə də bu barədə heç nə deyə bilmərəm. Təklif gəlsə, o zaman müzakirə etmək olar".