Dmitri Nazarovun Almaniya karyerasında vacib oyunlar
26 may 2015 19:00
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" ikinci Bundesliqada 3-cü yeri tutduğu üçün əsas Bundesliqaya birbaşa vəsiqə qazana bilmədi. Azerisport.az xəbər verir ki, hazırda bu komanda əsas Bundesliqada 16-cı yeri tutmuş "Hamburq"la pley-off oyunlarına hazırlaşır.
Belə ki, bu cütlüyün qalibi əsas Bundesliqada oynayacaq, məğlub olacaq komanda isə ikinci Bundesliqaya düşəcək. Artıq bu klubların qarşılaşacağı tarix də müəyyənləşib. Tərəflər arasındakı ilk oyun mayın 28-də Hamburqda baş tutacaq. Cavab görüşü isə iyunun 1-də keçiriləcək.