Aleksandr Amisulaşvili: Hələ özümə yeni klub tapmamışam
27 may 2015 00:40
"İnter"lə yollarını ayırmış gürcü müdafiəçi Aleksandr Amisulaşvili bəyan edib ki, hələ özünə yeni komanda tapmayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Karyeramı harada davam etdirəcəyimi bilmirəm. Bakıdan iki gündür qayıtmışam. Yığma komandanın toplanışı ərəfəsində formamı qorumağım lazımdır. Baçana Sxadadze, Georgi Lomaya və Laşa Salukvadze də "İnter"i tərk edib. Onların da klubla müqaviləsinin müddəti başa çatmışdı. Hələ heç bir təklif almamışam. Amma ümid edirəm ki, tezliklə özümə yeni komanda tapacağam".