Fotoreportaj|Video|На русском

Futbol

Samir Əliyev: Neftçinin dişinə görə olan bir rəqiblə düşməyimizi istərdim

21 iyun 2015 13:20

"Neftçi"nin baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- MTK ilə yoxlama oyununuz barədə nə deyə bilərsiniz?
- Bu oyun ərəfəsində cəmi bir məşqə çıxmışdıq. Həm fiziki, həm də taktiki məşq etmişdik. Uşaqlar hələ istirahətdən yenicə qayıdıblar. Ona görə də bu görüşə yaxşı hazırlaşdığımızı demək olmaz.

- İstənilən halda böyük hesabla uduzmağınız sizi məyus etmədi?
- Yoxlama oyunlarının nəticəsini bir kənara qoymaq lazımdır. Əsas odur ki, futbolçuların çalışqanlığını gördük. Heyətlə bağlı hələ problemlərimiz var. Xüsusilə də cinahlarda. Bunu dayaq yarımmüdafiəçisi mövqeyinə də aid etmək olar. Kaue cəzalı olduğundan ilk oyunu buraxmalı olacaq. Hücumda da problemimiz var. Məsələn, MTK ilə görüşdə əvəzedici heyətdən dəvət olunan Mirabdulla Abbasov 90 dəqiqə meydanda oldu. Halbuki, o, gəncdir, təcrübəsi yoxdur. 1997-ci il təvəllüdlü Kamran Nəcəfzadəyə də şans yaratdıq. Müdafiənin cinahlarında Kamal Qurbanovla Orxan Bəşirova şans yaratdıq. Hələlik, bu uşaqlarla hazırlaşırıq. Sabah Əziz Quliyev də gələcək. Bütövlükdə, pis oynamadıq. Gənclərin uyğunlaşması üçün zamana ehtiyac var. Amma MTK ilə oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Qol da vura bilərdik. Təcrübə çatışmazlığı buna mane oldu. Oyundan öncə də uşaqlara demişdim ki, bu, bir sınaq matçıdır, həyəcanlanmayın, səhvlər ola bilər. Doğrudan da səhvlərimizi görmək imkanı qazandıq.

- Braziliyalı Ayltonla bağlı nə deyə bilərsiniz
- Sabah o, tibbi müayinədən keçəcək. Böyük ehtimalla yaxın günlərdə onunla müqavilə bağlayacağıq.

- Kaue düşərgəyə qayıdıb. Bəs Flavinyo ilə Erik Ramosun aqibəti necə olacaq?
- Legionerlərdən ilk gündən bizimlə olan Kaue və Xuan Albertodur. İspaniyalı yeni transferimiz özünü yaxşı tərəfdən göstərdi. Amma onun növbəti oyunlarda necə çıxış edəcəyini zaman göstərəcək. Flavinyo ilə Ramos sabah komandaya qoşulacaq. Ramos da Kaue kimi cəzalıdır. Flavinyoya gəlincə, o, üç aydır məşq etmirdi və çox çətin olacaq.

- Julius Vobay, Ernest Nfor, Karlos Kardoso və Denis Silvanın da komandaya qayıtmaq ehtimalı var?
- Onlar artıq komandada deyil. Heyətimiz əsasən gənclərdən qurulub. Əvəzedici heyətdən beş futbolçu cəlb etmişik. 7-8 oyunçumuz 18-21 yaş aralığındadır.

- Belə heyətlə Avropa Liqasında uğur qazanmaq çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Amma bu gənclərə böyük ümidlər bəsləyirik. Çünki istedadlı gənclərimiz çoxdur. İstənilən halda onların komandamıza nə dərəcəd faydalı olacağını zaman göstərəcək.

- Kurban Berdıyevin "Neftçi"yə gələcəyi barədə xəbərlər sizin işinizə köklənməyinizə mane olmur?
- Mən belə mənasız və boş söhbətlərə baş qoşmaq istəmirəm. Belə xəbərlərə də diqqət vermirəm. Bizim əsas hədəfimiz qısa müddətdə yaxşı komanda formalaşdırmaqdır. Tam olaraq işimizə köklənmişik. Allah eləsin ki, Avroliqada uğurlu çıxış edək.

- İlk təsnifat mərhələsində hansı ölkələrin təmsilçiləri ilə qarşılaşmaq istərdiniz?
- Əlbəttə, ilk mərhələdə yaxşı rəqiblə qarşılaşmağı çox istərdik. Amma bu, bizim öz əlimizdə deyil. Hər şeyə püşkatma aydınlıq gətirəcək.

- "Neftçi" bundan sonra yeni transferlər edəcək?
- Artıq bir yeni transferimiz var - Xuan Alberto. O, mərkəz müdafiəçisidir, vaxtilə "Simurq"da da oynayıb. Şübhəsiz ki, yeni oyunçular da olacaq. İyunun 22-də püşkatmadır. Artıq UEFA-ya iştirak ərizəmizi də göndərməliyik. Klub rəhbərliyi hazırda bu işlə məşğuldur.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah