Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı
1 iyul 2015 14:40
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Azerisport.az xəbər verir ki, ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.