Georgi Gequçadze: Qəbələyə qarşı hücum futbolu sərgiləyəcəyik
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Georgi Gequçadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ilk matç öncəsi təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Bizi çox vacib oyun gözləyir. Fürsətdən istifadə edib Gürcüstanın avrokuboklardakı bütün təmsilçilərinə uğurlar arzulayıram. Bu oyuna daha yaxşı hazırlaşa bilərdik. Amma təəssüf ki, hələ çatışmazlıqlarımız var. Təəssüf ki, ilk oyunda zədəli Otar Kakabadze və Devid Volkov komandamıza kömək edə bilməyəcək. Qalan futbolçularımızın hamısı sıradadırlar".
"Dinamo"nun hədəfi növbəti mərhələyə adlamaqdan ibarətdir. Rəqibin çatışmazlıqlarından danışmaq istəmirəm. "Qəbələ" güclü komandadır. Güclü futbolçulara malikdir. Yeni futbolçularla gücləniblər. Amma istənilən klubun çatışmazlıqları olur. Biz də bu cür çatışmazlıqları aşkarlayıb, yararlanmağa çalışacağıq".
Gequçadze həmçinin mümkün uğursuzluğa da münasibət bildirib: "Komandamızın növbəti mərhələyə adlaya bilməməsini ağlıma da gətirmirəm. Uğursuzluq gözləmirəm. Hücum futbolu sərgiləmək istəyirik".