NTV Sporun aparıcısı canlı yayımda Neftçinin formasını nümayiş etdirdi
2 iyul 2015 00:15
"Neftçi"nin azarkeşi Fərid Qarazadə Avropa Oyunları zamanı Bakıya ezam olunmuş türkiyəli jurnalist vasitəsilə məşhur "NTV Spor" telekanalının aparıcısı Emek Egeyə hədiyyə - komandanın formasını göndərib. Azerisport.az xəbər verir ki, məşhur aparıcı hədiyyəni canlı yayımda nümayiş etdirib və təşəkkürünü bildirib.