XL Qusmao və Karlettini gözləyir
2 iyul 2015 17:30
"Xəzər Lənkəran"ın Türkiyədəki təlim-məşq toplanışına baxışa dəvət etdiyi braziliyalı futbolçuların kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunlardan biri 27 yaşlı yarımmüdafiəçi Diqeo Souza Qusmaodur.
Digər futbolçu isə 23 yaşlı hücumçu Rafael Karlettidir. Onlar viza problemini yaxın günlərdə həll edib, cənubluların düşərgəsinə qoşulmalıdırlar.