Nikola Rakoyeviç: Neftçi topa nəzarət edəndə həyəcanlanırdım
2 iyul 2015 23:15
Çernoqoriyanın "Mladost" klubunun baş məşqçisi Nikola Rakoyeviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşlə bağlı bunları söyləyib:
"Neftçi" topa hər nəzarət edəndə çox həyəcanlanırdım. Amma yekun nəticə kifayət qədər yaxşıdır. Bizim növbəti mərhələyə çıxmağa ümidimiz var".