Samir Əliyev: Heç-heçə normal nəticədir
2 iyul 2015 23:25
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Son dəqiqələrdə qol buraxmaq çox üzücüdür. Araz Abdullayevlə Samir Məsimov çox yorulduğuna görə meydanı tərk etməli oldu. İstirahət üçün az vaxtımız var idi. Amma buna baxmayaraq, heç-heçə normal nəticədir. Səfərdə əks-hücum futbolu oynayacağıq. Kaue də sıraya dönəcək. Yaxşı, döyüşkən komandamız var. Sadəcə, fiziki hazırlığımızı daha da yaxşılaşdırmalıyıq. Heyətimizə baxsanız, görərsiniz ki, bəzi futbolçular ilk dəfə idi avrokubok matçına çıxmışdılar".