Aylton: Cavab matçında mütləq qələbə qazanmalıyıq
2 iyul 2015 23:35
"Neftçi"nin müdafiəçisi Aylton Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Qol vurmaq üçün çox şansımız oldu. Amma qələbə qazana bilmədik. Səfərdə mütləq qalib gəlməliyik. "Neftçi" daha keyfiyyətli komandadır. Təəssüf ki, Bakıda qələbə qazana bilmədik".