Qriqorçuk: Mən də hər kəs kimi, Qəbələdən yaxşı oyun və nəticə gözləyirdim
2 iyul 2015 23:55
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
"Hər kəsi idman jurnalistikası günü münasibəti ilə təbrik edirəm. Başa düşürəm ki, hamınız bu gün "Qəbələ"dən yaxşı oyun və qələbə gözləyirdiniz. Mən də bunu gözləyirdim. Ümid edirəm ki, cavab oyununda hər şey yaxşı olacaq. Bizim hazırlıq üçün çox az vaxtımız var idi. Başa düşürəm ki, belə məğlubiyyətdən sonra toparlanmaq çox çətin olur. Amma mən komandamın yaxşı futbol sərgiləyəcəyinə ümid edirəm. Bu gün alınmadı. Təəssüf ki, şanslarımızdan yararlana bilmədik".