Melli: Neftçinin qalib gəlməsi üçün təcrübə çatmadı
3 iyul 2015 00:35
"Neftçi"nin müdafiəçisi Melli Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Bütün oyuna biz nəzarət etdik. Hər şey alındı. Amma oyunun sonunda ritmi itirdik və rəqib əks-hücumlar qurmağa başladı. Komandamız yenidir. Amma buna baxmayaraq, qələbə qazana bilərdik. Təcrübə çatmadı".