Aleksandr İaşvili: Qəbələ yaxşı futbol sərgilədi
3 iyul 2015 01:35
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun hücumçusu Aleksandr İaşvili Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsi ilə başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Qəbələ" çox yaxşı komandadır. Onlar bu gün yaxşı futbol sərgilədilər. Rəqibin heyətində güclü futbolçular var. İkinci hissədə rəqib yaxşı oynadı. Bilirəm ki, cavab oyununda bizə çətin olacaq. Amma bizim də hədəfimiz bəllidir - növbəti mərhələyə vəsiqə qazanmaq".