Rəşad Sadiqov: Qəbələ qələbə qazanmağa borclu idi
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Çətin oyun oldu. Xüsusilə ilk 15 dəqiqə ağır keçdi. Sonra komandamız öz oyununu göstərməyə başladı. İkinci hissədə rəqib azlıqda qaldı. Biz qələbə qazanmağa borclu idik. İki kobud səhvə yol verdik, nəticədə də məğlub olduq. Futbolda səhvsiz ötüşmək olmur. Cavab oyununda da işimizçətin olacaq. Səfərdən sərfəli nəticə ilə dönsəydik, onda cavab görüşündə işimiz asan olardı. Amma alınmadı. Düzdür, ev oyununda bir qol bizi növbəti mərhələyə çıxaracaq. Bu vəzifənin öhdəsindən gəməyə çalışacağıq".