Erat müdafiəçi kimi oynadı, Fortuna qalib gəldi
3 iyul 2015 13:00
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Düsseldorf təmsilçisi "TuS Haltern"lə qarşılaşıb.
Matç Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü ikinci hissədə meydana çıxıb. Baş məşqçi onu bu görüşdə sağ cinah müdafiəçisi kimi sınaqdan keçirib.