XL fransız forvardı saxlamağa qərar verdi
26 iyul 2015 00:30
"Xəzər Lənkəran"ın məşqçilər korpusu xeyli müddətdir baxışdan keçirdikləri fransalı hücumçu Limam Seydi ilə bağlı qərarını verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov Türkiyə toplanışı zamanı sınaqdan keçirdiyi forvardı bəyənib.
30 yaşlı futboçu hətta komandanın qardaş ölkədəki son sınaq matçında "Dərincəspor"a iki qol da vurmuşdu. Ona görə də futbolçu ilə yaxın günlərdə müqavilə bağlanması gözlənilir. Böyük ehtimalla Limamla bir illik müqavilə imzalanacaq.