Qəbələ Apollonla səfərdə sülh bağladı
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti sınağına çıxıb.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olan (səfərdə 1:2, evdə 2:0) "Qəbələ" ardınca da Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdırmışdı. Üçüncü təsnifat mərhələsində isə bölgə klubu Kipr "Apollon"u ilə dueldən qalib ayrılmalıdır. Səfərdə keçirilən ilk oyunda sərfəli nəticə əldə edəcəyi halda, Roman Qriqorçukun komandasından daha bir uğur gözləmək olardı. Erkən qol buraxan təmsilçimiz yalnız əlavə vaxtda hakimin təyin etdiyi penalti qolu ilə səfərdə heç-heçəyə nail oldu. Cavab görüşündə "Qəbələ" növbəti mərhələyə vəsiqə qazana bilər.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
30 iyul
“Apollon” - “Qəbələ” - 1:1 (1:0)
Qollar: G.Kolokudias, 14 (1:0). C.Hüseynov, 90+5-pen. (1:1).
Sarı vərəqə: Elisio, 54. Ü.Abbasov, 62. N.Lopes, 69. Rikardinyo, 75. V.Stankoviç, 88. Freyre, 90+2.
Baş hakim: Sergey Boyko (Ukrayna)
Larnaka. “Antonis Papadopulos” stadionu.
"Apollon": 83. Bruno Vale, 2. Elizio, 3. Nuno Lopes, 4. Freyre, 14. Jayme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks (9. Turam, 76), 17. Joao Pedro (28. Marios Stilianu, 89), 26. Fotis Papulis (k), 29. Georgios Kolokudias (19. Qneki Abraham, 63).
Ehtiyat oyunçular: 23. İsli Hidi, 27. Angelis Angeli, 8. Farley, 42. Xristos Viler.
Baş məşqçi: Pedro Emanuel.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 34. Ürfan Abbasov (21. Arif Daşdəmirov, 85), 44. Rafael, 6. Rəşad Sadıqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 66. Samir Zərgərov (10. Dodo, 35), 9. Sergey Zenyov, 69. Aleksey Antonov (7. Ermin Zets, 76).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 11. Asif Məmmədov.
Baş məşqçi: Roman Qriqorçuk.