Atletik - İnter matçında anşlaq olmayacaq
30 iyul 2015 16:00
Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək İspaniyanın "Atletik" klubu ilə Bakı "İnter"i arasındakı oyunda anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, Bilbao klubundan verilən məlumatda bu oyunda 15-20-minə yaxın azarkeşin olması gözlənilir.
"Atletik"in çempionat və kubok matçlarına abunə olan fanatlar "İnter"lə matçı biletsiz izləyə biləcəklər.
Qeyd edək ki, "Atletik"in 45 min azarkeşi ölkə çempionatı və kubok oyunlarına illik abonoment vasitəsilə baxır. "San Mames" stadionu isə 53 mindən çox azarkeş tutumuna malikdir.