Mikel Alvaro: Atletiklə oyun İnter üçün imtahan kimidir
"İnter"in sabiq futbolçusu Mikel Alvaro İspaniyanın MARCA nəşrinə müsahibə verib. Azerisport.az xəbər verir ki, ispaniyalı futbolçu keçmiş klubunun bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bilbao "Atletik"inə qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
"Bu dueldə favorit "Atletik" klubudur. Təcrübə baxımından da ispanlar favoritdir. "İnter" üçün iki mərhələ keçmək yaxşı nəticədir. Bakı təmsilçisi ötən mövsüm daha güclü heyətə malik idi. Son mövsümün sonunda heyətdə ciddi dəyişikliklər oldu. Bu mənada indi "İnter" üçün çətin olacaq. Lakin heyətdəki futbolçular əmzkarlığıyla seçilir.
"San Mames" stadionunda on minlərlə azarkeş qarşısında çıxış etmək "İnter" üçün asan olmayacaq. Vaxtı ilə bu komandada çıxış etmişəm. "İnter" sabit oyunuyla seçilib. Azərbaycan çempionu olub, daim avrokuboklara vəsiqə qazanıb. Heyətdə Xuanfran adlı futbolçu İspaniyadandır. Baş məşqçi Zaur Svanadzedir. O, bir neçə il əvvəlki baş məşqçinin köməkçisi olub. İndi sükan arxasına keçib. Bakıdakı oyunları "San Mames"lə müqayisədə kiçik stadionda keçirir. Bununla belə avrokubok oyunlarına azarkeşlərin marağı hər zaman böyük olub. "Atletik"lə oyun "İnter" üçün imtahan kimidir".