Səlahət Ağayev: Hətta 0:1 hesabıyla uduzsaq belə, hər şey Bakıda həll olunacaq
30 iyul 2015 16:45
"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri ilk oyun haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bilbaodakı oyuna proqnoz vermək çətindir. Sözsüz ki, biz məğlubiyyət barədə düşünmürük. İstərdik ki, cütün taleyi Bakıda həll olunsun. Ona görə səfərdə 0:1 hesabla məğlub olsaq belə, bunu faciəyə çevirmək lazım deyil. 0:1 olsa, deməli duelin taleyi Bakıda həll olunacaq. İstənilən halda "İnter" 90 dəqiqə mübarizə aparacaq, sona qədər oynayacağıq".