Rəvanın əvəzediciləri MOİK-ə qalib gəldi
30 iyul 2015 18:00
“Rəvan”ın əvəzedici komandası növbəti mövsümün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, klubun Qaraçuxur qəsəbəsində yerləşən bazasında toplanış keçən kollektiv bu gün ilk yoxlama oyununa çıxıb.
“Aslanlar” “Bayıl Arena” stadionunda I divizion təmsilçisi MOİK-lə üz-üzə gəliblər. 7 qolun qeydə alındığı görüş “Rəvan”ın qələbəsi ilə yekunlaşıb – 4:3.