Kreyq Qordon: Qarabağ ilk oyunda bizə qol vura biləcək gücdə olduğunu göstərdi
Şotlandiyanın "Seltik" klubunun qapıçısı Kreyq Qordon UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri ilk oyunu (1:0) şərh edib, cavab matçı öncəsi şanslarını dəyərləndirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"İlk oyunda qapımızı toxunulmaz saxlaya bildik. Bu, bizim üçün çox vacib idi. Üstəlik, qələbə qazandıq. Əminəm ki, səfərdə də qol vurmağı bacaracağıq".
Qolkiper rəqib komandanın oyununu dəyərləndirib: "Seltik" güclü rəqibə qarşı mübarizə apardı. Bu komanda bizimlə görüşdə də necə səviyyəli rəqib olduğunu göstərdi. Əla texniki göstəricilərə malikdirlər. Topla çox yaxşı davranırlar, səliqəli oynayırlar".
Qordonun sözlərinə görə, onları Bakıda çox çətin görüş gözləyir? "Cavab oyunu daha çətin keçəcək. Bu komandanı keçmək üçün xüsusilə müdafiə xəttində çox diqqətli və ağıllı oynamalıyıq".
İlk oyundan sonrakı şansları dəyərləndirən "Seltik"in qapıçısı mərhələ keçəcəklərinə əminliyini vurğulayıb: "Minimal hesabla qalib gəlsək də, bu, elə də böyük üstünlük sayıla bilməz. Ona görə də səfərdə "Qarabağ"a mütləq qol vurmalıyıq. Meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, buna çalışmaq lazımdır. "Qarabağ" bizə qol vura biləcək gücdə olduğunu göstərdi. Bu üzdən biz də cavab matçında qol vurmaq haqda düşünməliyik".