Fotoreportaj|Video|На русском

Futbol

"Əlimizdən gələni edirik ki, qazon Qarabağ - Seltik matçına tam hazır olsun"

3 avqust 2015 00:20

"Əlimizdən gələni edəcəyik ki, Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ" - "Seltik" matçına qədər tam hazır vəziyyətə gəlsin". Bunu azerisport.az saytına açıqlamasında Football and Sports Management Ltd. şirkətinin icraçı direktoru Fərman Əlizadə söyləyib.

Xəbər verdiyimiz kimi, avqustun 5-də mərkəzi arenada UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkə çempionu "Qarabağ" Şotlandiya "Seltik"i ilə cavab matçına çıxacaq. Amma oyuna günlər qalmış stadionun ot örtüyünün xeyli hissəsi korlanıb. Əməkdaşımız məhz bu məsələ ilə əlaqədar mərkəzi arenaya baş çəkib, qazona nəzarət edən FSM-in rəsmisi Fərman Əlizadə ilə söhbətləşib:

"Məlum olduğu kimi, yay başlayan kimi, ölkənin bütün stadionlarında qazonun yeni mövsümə hazılanması ilə bağlı işlər aparılır. Mərkəzi arenada bu işlərə vaxtında start verə bilmədik. Çünki arena məşğul idi. Amma buna baxmayaraq, şirkətimiz "Qarabağ"ın Çernoqoriya "Rudar"ı ilə ev oyununa qədər stadionu tam hazır vəziyyətə gətimək üçün əlində ngələni etdi. Sevindirici haldır ki, həmin vaxt arena UEFA inspektoru tərəfindən də yüksək qiymət aldı".

Şirkət rəsmisi qazonun təxminən 30 faizinin yararsız vəziyyətə düşməsinin səbəblərini belə izah edib: "Təəssüf ki, havaların son dövrlər həddən artıq isti keçməsi mərkəzi arenanın da qazonuna təsirsiz ötüşmədi. Son günlərdə Bakı şəhərində havanın hərarəti 39-40 dərəcədir. Belə olan halda, qazonda temperatur hətta 55 dərəcəyə qədər qalxır. Bu istilik meydançada bəzi virusların əmələ gəlməsinə səbəb olur. Bunun qarşısını almaq üçün biz bəzi işlər gördük və hazırda virusun qarşısını ala bilmişik. Belə şeylər təkcə Tofiq Bəhramov adına Respubilka stadionunda yox, “Bakcell Arena”da əvvələr olmuşdu. Lakin onda bizim vaxtımız çox idi deyə, bu virusların böyüməsinə imkan vermədik. İndi biz mərkəzi arenada mümkün ola biləcək bütün işləri aparmışıq və hazırda meydançanı bərpa etmək prossesindəyik.  2 gün öncə qazonun vəziyyəti indikindən də pis gündə idi. Mümkün olan hər bir işlər görülür. Hətta mütəxəssislərimiz gecə də işləyirlər".

Artıq arenadakı vəziyyətlə "Qarabağ" rəsmiləri də tanış olublar və şübhəsiz ki, gördükləri onları razı salmayıb. Amma FSM-in icraçı direktoru qazonu oyunadək hazır vəziyyətə gətirəcəklərini deyir: "İstənilən halda oyunu mərkəzi arenada yox, başqa stadionda keçirməkdən söhbət gedə bilməz. "Qarabağ"ın ÇL-in pley-off mərhələsinə vəsiqə qazanması üçün yaxşı şans var. Biz də əlimizdən gələni etməliyik ki, komandamız bu şansdan maksimum yararlansın. Qazonu mümkün qədər yaxşı vəziyyətə gətirmək üçün hər şeyi edəcəyik".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah