Neftçi - Kəpəz matçı təxirə salındı
4 avqust 2015 11:45
Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda keçiriləcək bir oyunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, söhbət "Neftçi" - "Kəpəz" qarşılaşmasından gedir.
Sözügedən oyun avqustun 8-də keçirilməli idi. Lakin matç ayın 9-na keçirilib. Sözügedən qarşılaşma "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.